Hamiləlik sonlandıran dərmanlar


Digərləri 05 Avq 2018 21:18:00 547 0

Hamiləlik sonlandıran dərmanlar

Artıq bir neçə ildir ki, qadınlar arasında hamiləliyi dərmanla sonlandırmaq demək olar ki, "dəbə" düşüb. Arzuolunmaz hamiləlik yaşayan, aborta artıq xərc kimi baxan qadınların əksəriyyəti müxtəlif dərmanlardan istifadə edərək, hamiləliklərini sünu şəkildə sonlandırmağa çalışırlar.

Təbii ki, bu cür sonlandırmalar bəzi qadınlarda uğurla nəticələnsə də, bəzi qadınlarda ölümə də səbəb ola bilir. Çünki insan orqanizmi fərqlidir və onun müxtəlif dərman preparatlarına qarşı reaksiyası da müxtəlifdir.

Qadınlar hamiləlikdən dərmanla can qurtarmağın asan yolunu tapdıqlarını düşündükləri halda bu onların həyatı bahasına başa gəlir. Qadın aptekə gəlir, hamiləiyi sonlandırmaq üçün dərman istəyir. Bir çox əczaçılar da xüsusi xəbərdarlıq etmədən qadınlara daha müxtəlif dərmanlar təklif edirlər. Bu da sonda ölümlə nəticələnir. Elə bir neçə gün öncə Lənkəranda hamiləliyini süni şəkildə dərmanla sonlandırmaq istəyən Günay İbrahimova kimi.

Məlumata görə, 1998-ci il təvəllüdlü və 16 həftəlik hamilə olan Lənkəran şəhər sakini Günay İbrahimova evində hamiləlikdən qurtulmaq (abort) üçün dərman qəbul edib. Qəbul etdiyi dərman 20 yaşlı qadına və bətinindəki körpəyə pis təsir edib. Bu problemlə əlaqədar xəstəxanaya üz tutduqlarında isə artıq gec olub və nəticədə qadın bətnindəki körpə ilə birlikdə vəfat edib.

Əvvəlcə qeyd edək ki, hamiləiyi sonlandırmaq üçün xarici ölkərlərdə müxtəlif iynə-dərmanlar olsa da, bu hələ Azərbaycanda mövcud deyil. Azərbaycanda qadınlar arasında kortəbii şəkildə istifadə edilən dərman isə, mədə üçün olan spazmı aradan qaldıran dərmandır. Bu da öz növbəsində müxtəlif fəsadlarla nəticələnir.

Ev şəraitində, həkim məsləhəti və nəzarəti olmadan hamiləliyi dərmanla sonlandırmaq nə dərəcədə düzgündür? Qadınlara bu dərmanları kim məsləhət görür?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ginekoloq Rəna Həsənəliyevanən dediyinə görə, hamiləlikdən qurtulmağın ən təhlükəsiz yolu həkim müdaxiləsi ilə gigienik şəraitdə abort edilməkdir. Ancaq bəzən qadınlar abortdan qorxduqları üçün hamiləliklərini ev şəraitində müxtəlif dərmanlarla sonlandırmağa çalışırlar.