Qadınlarla kişilər bir yerdə namaz qıla bilərlərmi?


Digərləri 05 Avq 2018 20:55:00 328 0

Qadınlarla kişilər bir yerdə namaz qıla bilərlərmi?

Qadınlar kişilərlə məsciddə və ya digər yerlərdə birlikdə namaz qıla bilərlər. Bu halda imam kişi olur, digər kişilər (iki və daha çox olanda) onun arxasında, qadınlar isə kişilərin arxasında dayanırlar.

Son.az zikr.az-a istinadən bildirir ki, namaz qurtardıqda qadınlar əvvəl durub çıxır, kişilər isə arxaya çevrilmədən onların çıxmaqlarını gözləyirlər. Sonra da özləri çıxırlar. Yaxşı olar ki, aralarında pərdə, divar və ya hər hansı bir maneə olsun. Kişi və qadınlar bir-birinə məhrəm olduqda isə bunlara ehtiyac yoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Kişilərin ən xeyirli səfi birinci, ən pisi isə sonuncu səfdir. Qadınların ən xeyirli səfi sonuncu, ən pisi isə birinci səfdir". (ət-Tirmizi, 224). Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona və anasına, yaxud xalasına namaz qıldırdığını vəsf edərək deyir: "O, məni sağ tərəfində, qadını isə arxamızda dayandırdı". (əl-Buxari, 700). Son.az