Dua və münacatların həyatımıza hansı təsirləri var?


Digərləri 05 Avq 2018 20:45:00 251 0

Dua və münacatların həyatımıza hansı təsirləri var?

Hədislərdə çox dua etmək, Allahdan çox istəmək tövsiyyə edilir. Yalnız Allaha günənin, yalnız ondan istəyin. Çünki ən sağlam, ən möhkəm etimad yeri məhz Mütəal Allahdır. Allahın insana kifayət etməsinə, Onun qüdrət sahibi olmasına və insana tək Onun kifayət etməsi Quranda belə buyrulur:

Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! (Zümər-36).

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, insan rəbbinə dua edir, istəyir. Lakin hər zaman hər istədiyi qəbul olmur. Bunun da öz hikməti vardır. İmam Zeynul Abidin (ə) bu incə mətləbə toxunaraq buyurub:

أَلْمُؤْمِنُ مِنْ دُعائِهِ عَلى ثَلاث: إِمّا أَنْ یُدَّخَرَ لَهُ وَ إِمّا أَنْ یُعَجَّلَ لَهُ وَ إِمّا أَنْ یُدْفِعَ عَنْهُ بَلاءً یُریدُ أَنْ یُصیبَهُ.

Mömin öz duasında üç nəticə əldə edir:Ya onun üçün zəxirə edilir, ya onun üçün təxirə salınır, yaxud da bəlaları ondan uzaqlaşdırır.

Ya onun üçün zəxirə edilir- Yəni dediyi, etiraf etdiyi hər bir kəlimə onun üçün toplanılır. Çünki insan dualarında rəbbini çağırır, Onu qudrət sahibi bilir, Ondan istəyir, Onun həqqaniyyətini, rübubuyyətini, görən və bilən olmasını təsdiq edrir. Düşüncəsi və dediyi kəlimələr axirətdə onun dadına çatacaq.