Tövrat və İncilə də Quran kimi hörmət etmək vacibdir?


Digərləri 05 Avq 2018 20:15:00 253 0

Tövrat və İncilə də Quran kimi hörmət etmək vacibdir?

İncil və Tövrat səmavi kitablardır. Qeyd etdiyimiz ayəyə əsasən bütün peyğəmbərlərin və onların kitablarının ehtiramı bizə vacibdir. Lakin Quranda da bu kimi kitabların təhrif olunduğu, insanların əli ilə müdaxilə olunduğu qeyd olunur. Həmçinin bu kitabların müasir dövrümüzdə müxtəlif fərqli nüsxələrinin olması bir daha bu fikiri təsdiqləyir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, görəsən Tövrat və İncili də Qurani Kərim kimi müqəddəs bilib ehtiramını qorumaq bizə vacibdir?

Ayətullah Safi Gülfəyqani: Tövrat və İncil səmavi kitabdır. Onların təhrif olmaqlarına baxmayaraq ümumi nəzərə alanda Allah kitabı hesab olunduğu üçün ehtiramı lazımdır və hörmətsizlik haramdır.