Demet Akalının təyyarəsində bomba həyəcanı


Dünya 05 Avq 2018 20:00:00 274 0

Demet Akalının təyyarəsində bomba həyəcanı

Türkiyəli məşhur müğənni Demet Akalın konsert üçün Muğla vilayətinin Bodrum bölgəsinə gedərkən qorxu dolu anlar yaşayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, müğənninin mindiyi təyyarədə bir sərnişin çantasında bomba olduğunu deyib.

Müğənni isə həmin anları videoya çəkərək sosial media hesabından izləyiciləri ilə paylaşıb. Bomba daşıdığını iddia edən sərnişinin həkim olduğunu bildirən müğənni daha sonra həmin adamın polislərlə zarafatlaşdığını açıqlayıb.


Xəbərə aid video