Sıxıntılara görə gileylənməyin mənfi nəticələri


Digərləri 05 Avq 2018 19:45:00 251 1

Sıxıntılara görə gileylənməyin mənfi nəticələri

İnsan Allah Təalanın yartdığı varlıq olaraq dünya sakinidir. O bu dünyaya hədəflə gəlmişdir. Quran bu hədəfə işarə edərək buyurur:

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır (Mülk-2).

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bəzən bir insan digərinin maddi rifahına, həyat tərzinə həsədlə baxır, onun maddi probleminin olmamasını görüb elə düşünür ki, ümumiyyətlə onun heç bir problemi yoxdur. Lakin bu heçdə belə deyil. Əgər bir insan barəsində danışırıqsa, yaxud mövzumuzun obyekti insandırsa , o problemdən uzaq deyil. Çünki insan anlayışı varsa imtahan da var deməkdir.Lakin bu imtahan hər kəsdə bir formada, kimi maliyla, kimi canıyla, kimi hissiyat və qüruruyla! Yuxarıda qeyd etdiyimiz ayə və digər ayələr, həmçinin həyat özü bu cür düşünməyə əsas verir.

Əsas məsələ problemlərin həlli yolunda cəhd və bu imtahanlara insanın yanaşma tərzidir. İnsan çətinliyi həll etmək üçün imtahan olunmur. Əksinə onun imtahanı çətinliklərə olan təpki və baxışındadır. Hadisəyə olan reaksiyan sənin "imtahan cavabındır".

İmam Sadiq (ə) daima problemlərindən gileylənən bir səhabəsinə bu mövzuda irad tutur və nökərə buyurur: