İndoneziyada zəlzələ nəticəsində 3 nəfər ölüb


Dünya 05 Avq 2018 19:33:00 223 0

İndoneziyada zəlzələ nəticəsində 3 nəfər ölüb

Yeraltı təkanlar 7 maqnituda gücündə olub

İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində azı 3 nəfər həyatını itirib.

"Report" "Anadolu" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Metro TV" nəşri məlumat yayıb.

Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.