Tələbələrə məsləhətlər


Digərləri 05 Avq 2018 19:35:00 322 1

Tələbələrə məsləhətlər

Tələbəlik vaxtı ən yadda qalan vaxtlardan biridir, lakin bu dövriyyə ərzində tələbələr öz seçimlərinə güvənərək əlavə addım atmalıdırlar. İş axtarışı hər bir tələbənin qarşısına çıxır. O zaman, tələbələr nə edəyəcini düşünür və təcrübə olmadığına görə işi tapmaqda qorxu hissi keçirdirlər.

SUAL № 1. TƏLƏBƏLİK VAXTINDA İŞLƏMƏK LAZIMDIRMI?

Son.az bizplus.az-a istinadən bildirir ki, əyani şöbəsində oxuyan tələbələrə dərs zamanı işləmək mümkün olmur, lakin qiyabi şöbəsində oxuyan tələbələrə dərs və imtahan müddəti istisna olmaqla, qalan aylarda işləmək imkanı mövcüddur və buna əsaslanaraq bəzi qiyabi təhsil alan tələbələr asudə vaxtlarını dəyərləndirərək təcrübə əldə edə bilərlər.

Tələbələrə məsləhətimiz bu ola bilər ki, öz boş vaxtlarında təcrübə qazansınlar. Bunun müsbət cəhəti ondan ibarətdir ki, tələbəlik vaxtında qazandığı təcrübə ilə gələcəkdə yaxşı bir kadr olmasını və karyera inkişafını təmin edə bilər.

SUAL № 2. TƏCRÜBƏSİZ İŞƏ GÖTÜRMƏSƏLƏR, TƏCRÜBƏNİ NECƏ QAZANA BİLƏRƏM?

Bu sual ən tez verilən suallardan biridir. Vakansiyaların təsvirini oxuyanda namizədlər tez-tez "təcrübəli işçi axtarılır" sözləri ilə rastlaşırlar. Təcrübəsiz tələbər isə bu "qaydaları" başa düşməlidirlər:

Təcrübəsiz olan işçinin əmək haqqı ən minimal məbləğində hesablana bilər; Təcrübəsiz namizədlər üçün hər bir iş təklifi onların gələcək karyera inkişafı üçün çox vacibdir; Təcrübəsiz namizədləri yüksək pilləli vəzifələrə qəbul etmək mümkün deyil. Tələbələrin təcrübəsi olmadığı halda, aşağıda göstərilən addımları karyera qarşısına ata bilərsiz:

Fərqli təlimlərdə və seminarlarda iştirak etmək; Hər hansı müəssələrdə və ya şirkətlərdə könüllü şəkildə işləmək ; Hər hansı psixometrik testlərdən istifadə edib gələcək kompetensiyaları potensalını bilməyi məsləhət görərdik.

SUAL № 3. CV-DƏ (TƏRCÜMEYİ-HAL) HANSI MƏLUMAT QEYD OLUNMALIDIR?

İnternet səhifələrində bir çox tərcümeyi-hal formaları yerləşdirilib. Lakin onların hazır formaları işə götürən şirkətlər üçün cəlb edici deyil. İşə götürən şirkət üçün aşağıda qeyd olunmuş məlumatlar lazımdır:

Sizin dəqiq işləyən əlaqə vasitələri (email, telefon və s). Elektron ünvanızı qeyd edərkən ünvanın özündə sizin adınızı və soyadınızı qeyd etməyinizi məsləhət görərdik. Məsəl üçün: [email protected]; Əgər iş təcrübəniz olmazsa, könüllü olaraq işlədiyiniz müəssisələri, iştirak etdiyiniz təlimləri, seminarları qeyd edə bilərsiniz. Əgər bu təlimlərdən heç biri sizdə yoxdursa, o zaman məktəb və universitetdə əldə etdiyiniz uğurlardan bəhs edə bilərsiniz (olimpiyadalarda iştirak, tələbələr üçün tədbirlərin təşkili); Dil və kompyuter biliklərinizi olduğu kimi qeyd etməyinizi məsləhət görərdik. Uğurlu namizəd tərcümeyi-halını göndərəndə özünü təqdim edir. Əgər namizəd hazır formalardan (şablonlardan) istifadə edərsə, onları dolduranda çox diqqətli olmalıdır: