Nağılbazın anası:


Digərləri 05 Avq 2018 18:14:51 401 0

Nağılbazın anası:

Xəbər verdiyimiz kimi, bu gün reper Anar Nağılbaz torpağa tapşırılıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, mərhumla vida mərasiminə az sayda insan qatılıb.

Şou-biznes əhlindən isə demək olar ki, dəfndə heç kim iştirak etməyib.

Tanınmışlardan məclisdə aparıcı Ülvira Qarayeva, təşkilatçı Samir Xəttab, Dj China, Hüseyn Dəryanın eks-həyat yoldaşı Sona İbadova və reper Nadir Nəğdpul olub.

Anası Şərqiyyə Cəbiyeva oğlunun ölümündə keçmiş gəlini Anjelika Cəbiyevanı günahlandırıb.

"Ev və pul almaq üçün video çəkdi və mənim oğlumu şantaj etdi. Oğlum bir arvadın güdazına getdi. Sən nə istədin bizdən?", - deyə mərhumun anası bildirib.