Gizlin ailə qurduğu deyilən Gövhər Həsənzadə üzə çıxdı


Şou-biznes 05 Avq 2018 17:59:00 382 0

Gizlin ailə qurduğu deyilən Gövhər Həsənzadə üzə çıxdı

Çoxdandır görünməyən əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadə tədbirlərin birinə qatılıb.

Əldə etdiyimiz məlumata görə, bəstəkar ağır depressiya yaşadığı üçün həkim nəzarəti altında müalicə alır. Bir müddət öncə Türkiyənin məşhur klinikalarının birinə yerləşdirilən G. Həsənzadənin hələ də tam sağalmadığı deyilir.

Son.az bildirir ki, əməkdar artist Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib:

"Keçən ilin noyabr ayında atam dünyasını dəyişdi. Həmin ərəfədə ağır stress keçirtdim. Özümə qapıldım, hər an ölümümü gözləyirdim. Dava-dərmanın xeyri olmadı, axırda məni müalicə üçün İstanbula apardılar. Bir müddət xəstəxanada yatdım, müalicə olundum. Amma tam sağalmamışam. İndi də bir neçə ölkənin həkimlərinin nəzarəti altında müalicə alıram. Noyabrın 11-də atamın ili tamamdır, amma mən hələ də özümə gələ bilmirəm. Bu tədbirə də mükafat aldığım üçün gəldim. Xəstəliyimi ancaq yaxınlarım bilir, bu barədə danışdığım ilk jurnalistsiz".


Xəbərə aid fotolar