İspaniyada erməni mafiyasına daha bir zərbə…


Dünya 05 Avq 2018 17:30:00 264 0

İspaniyada erməni mafiyasına daha bir zərbə…

İspaniya Milli polisi Malaqa vilayətində Litvada yaşayan Ermənistan vətəndaşı (A.S.inisialları), həmçinin iki Gürcüstan vətəndaşını (L.B. və İ.P. inisalları) həbs edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Onların saxlanılması İspaniyada iyunun sonunda erməni mafiyasına qarşı səs-küylü əməliyyatın davamı hesab edilir. Həmin əməliyyat zamanı 129 nəfər həbs olunmuşdu.

Ötən gün keçirilən əməliyyat zamanı saxlanılan şəxslər mütəşəkkil cinayətdə şübhəli bilinirlər.