Sabaha gözlənilən hava proqnozu açıqlanıb


Digərləri 05 Avq 2018 16:33:00 231 0

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 25-27°, gündüz 30-35° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərdə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz keçəcək, Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 33-38° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 22-27° isti olacaq.