Təbii yollarla saç rəngini açmağın ən effektiv və ən ucuz yolları


Digərləri 05 Avq 2018 15:47:00 303 0

Təbii yollarla saç rəngini açmağın ən effektiv və ən ucuz yolları

Saçları tünd rəngdə olan qadınların əksəriyyəti açıq rəngli saçlar arzu edirlər. Lakin bunun hər hansı kimyəvi tərkibli boyalardan istifadə etmək onları bu arzudan çəkindirir.

Milli.az təbii yollarla saçların rəngini bir neçə ton aça bilən metodları təqdim edir.

Çobanyastığı suyu

Çobanyastığı suyu saça qızıl rəngində parlaqlıq verir. Qurudulmuş çobanyastığı çiçəklərini 2 fincan suda qaynadıb soyudun. Qaynadılarkən çiçəklərin rənginin sarıdan narıncıya çevirlməmməsinə diqqət edin. Daha sonra bu suyu saçlarınızın hər tərəfinə çəkin və gün işığında 1 saat gözləyin. 2 gündə 1 dəfə bu üsulu tətbiq etsəniz, saçlarınız həm açıq rəngli olacaq həm də qalınlaşacaq.

Alma sirkəsi

Alma sirkəsi də təbii rəng açıcıdır. Duş zamanı saçlarınızı alma sirkəli su ilə durulayarsanız, saçlarınız qidalanacaq. Bu metodu saç yumanın son mərhələsində tətbiq edin. Üsuldan nizamlı şəkildə istifadə etsəniz, bir müddət sonra nəticəsini görəcəksiniz. Sirkənin ağır qoxusunu yumşaltmaq üçün suya bir neçə damcı lavanda yağı əlavə edin. Bu üsul kəpəyin azalmasına yardımçı olacaq.

Bal və zeytun yağı

Təbii yolla saç rəngi açmaq deyəndə ağıla gələn ilk üsul bəlkə də, baldır. Yarım fincan bal və zeytun yağını qarışdırın. Saçınız nəm ikən açılmasını istədiyiniz bölgələr sürtün. Balın və yağın saça yaxşıca hopmasına diqqət edin. Yarım saat sonra saçınızı yuyun. Bu üsuldan istifadə saçın yumşaq və parlaq olmasına yardımçı olacaq.

Limon

Yüz illərdir ki, limon təbii saç rəngi açmaqda istifadə olunur. Bir fincan limon suyunu bir litr suya qarışdırıb sprey şüşəsinə boşaldın. Nəm saçınızı bu su ilə daha da nəmləndirin. Daha sonra Günəşin altında yarım saat gözləyin. Daha sonra təmiz su ilə saçlarınızı yuyun. Saçınızın qurumasının qarşısını almaq üçün qulluq kremlərindən istifadə edin.