ABŞa güclü qasırğa yaxınlaşır


Dünya 05 Avq 2018 15:38:00 258 0

ABŞa güclü qasırğa yaxınlaşır

ABŞ Milli Meteorologiya Mərkəzi Sakit okeanda Hektor adlı güclü qasırğa barədə xəbərdarlıq edib.

Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, qasırğa hazırda ABŞ-ın şərq sahillərindən 6000 km, Havay adalarından 2200 km məsafədədir və qərbə doğru saatda 19 km sürətlə hərəkət edir. Qasırğanın gücünün saatda 210 km-ə çatacağı gözlənilir.

Gücünə görə 4-cü təhlükə kateqoriyasında qərarlaşan Hektorun güclü daşqınlara səbəb olacağı, dəniz səviyyəsindən 3 metr yüksəklikdə yerləşən əraziləri belə su bacacağı təxmin edilir. Bir çox tikililərə zərər dəyəcək.