Sərbəst güləşçilər ilk gündə 3 medal qazanıb


İdman 05 Avq 2018 15:33:00 278 0

Sərbəst güləşçilər ilk gündə 3 medal qazanıb

1 gümüş və 2 bürünc medalla başa vurub. 

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir. Goal.az xəbər verir ki, çempionatın beşinci günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü  


57 kq çəkidə yarışan Əliabbas Rzazadə Macarıstan idmançısı ilə görüşdə qalib gələrək çempionatın bürünc medalını qazanıb.

70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz çempionatın gümüş medalı ilə kifayətlənib. 

79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Rusiya idmançısını üstələyən Orxan çempionatın bürünc medalına sahib olub. 

97 kq-da mübarizə aparan Alimaqomed Alixmoyev də bürünc medal uğrunda görüşə çıxıb. Ancaq Rusiya idmançısı uduzaraq 5-ci yerlə kifayətlənib.