Hiquain Chelsea-yə hansı səbəbdən keçmədiyini açıqlayıb


İdman 05 Avq 2018 15:15:00 307 0

Hiquain Chelsea-yə hansı səbəbdən keçmədiyini açıqlayıb

Milan-ın Juventus-dan icarəyə götürdüyü Qonzalo Hiquain onunla maraqlanan daha bir neçə klub olduğuna işarə vurub. Goal.az xəbər verir ki, argentinalı forvard Chelsea-yə keçməməyinin səbəbini belə izah edib:

“Maurizio Sarriyə çox böyük hörmətim var. Məni Chelsea-də ondan başqa heç kim görmək istəmirdi. Milan-da olmağımı isə burda hamı istəyirdi. Elə ona görə də, burdayam. 12 ildir ki, Avropada çıxış edirəm. Bu müddətdə məni ən çox heyrətləndirən Milan-da gördüklərimdir. Burda futbolçu üçün hər şey var. Tarix, əsl futbol”.

Hiquain Sarrinin rəhbərliyi altında Napolidə çıxış edib. “Rossoneri” onu Juventus-dan illik 18 milyon avroya icarəyə götürüb. Mövsümün sonunda əlavə 36 milyon avro qarşılığında Hiquain Milan-ın futbolçusuna çevrilə bilər.