Klarens Zeedorfun yeni iş yeri məlumdur


İdman 05 Avq 2018 14:51:00 278 0

Klarens Zeedorfun yeni iş yeri məlumdur

Kamerun yığmasının yeni baş məşqçisi məlum olub. Goal.az xəbər verir ki, "ramolunmaz aslanlar"ı Milan və Hollandiya yığmasının sabiq futbolçusu Klarens Zeedorf çalışdıracaq. Zeedorfa Hollandiya yığmasındakı sabiq komanda yoldaşı Patrik Klyuvert kömək edəcək. Kamerun Futbol Federasiyası Sven-Yoran Erikssonla danışıqlar aparırdı. Ancaq isveçli mütəxəssislə razılıq əldə edilməyib və üstünlük Zeedorfa verilib.