Rus generalın amerikalı generala gizli məktubu üzə çıxdı


Dünya 05 Avq 2018 14:44:00 306 0

Rus generalın amerikalı generala gizli məktubu üzə çıxdı

Rusiya Baş Qərargah rəisi, general Valeri Gerasimovun ABŞ ordusunun qərargah rəisi Cozef Danforda gizli məktub göndərdiyi ortaya çıxıb.

Son.az bildirir ki, Rusiyadan ABŞ-a göndərilən məktub haqqında "Röyter" Agentliyi xəbər tutub.

Məktub Helsinkidə keçirilən Tramp-Putin görüşündən 3 gün sonra gizli şəkildə Pentaqona göndərilib.

Valeri Gerasimov Suriyada İran və Rusiyanın dəstəyi ilə Bəşər Əsədin geri aldığı cənubdakı əraziləri nəzərdə tutaraq ABŞ müdafiə nazirinə təklif edib ki, Suriya rejiminin nəzarət altına aldığı ərazilərdə birgə fəaliyyət göstərsinlər: "Bu bölgələrin normal vəziyyətə qaytarılmasını təmin etmək üçün Dəməşq hökumətinin imkanları yoxdur. Rusiya və ABŞ mülki insanların evinə qayıtması və normal həyatın başlaması üçün birlikdə işləyə bilər".