Adnan Oktar və adamları insanların qanını Amerikaya satıblar?


Dünya 05 Avq 2018 14:08:00 367 0

Adnan Oktar və adamları insanların qanını Amerikaya satıblar?

Adnan Oktar və onun əsas adamı Oktar Babuna ilə bağlı son dəqiqə xəbərləri gəlməyə davam edir.

Son.az bildiriir ki, Türkiyə mediasının yaydığı xəbərə görə, 19 il əvvəl O.Babuna Türkiyənin gündəminə girmişdi. Həmin vaxt yüz minlərlə insandan qan alma bəhanəsi ilə fizioloji məlumatları əldə edən O.Babunanın həmin məlumatları Amerikaya göndərdiyi bilinir. Genlərə həssas virus təhlükəsi indi Türkiyə üçün daha da aktuallaşıb.

Adnan Oktarla bağlı gerçəkləşdirilən əməliyyatdan sonra təşkilatın keçmişdəki fəaliyyətləri də gün üzünə çıxmağa başlayıb. Babunaya 19 il öncə uyğun olan sümük iliyi axtarılarkən toplanan qanların Amerikaya göndərilməsi məlum olub.

Ümumiyyətlə, Oktar Babuna adı 1999-cu ildə sümük iliyi köçürülməsi kampaniyası ilə tanınıb. Cərrahpaşa Tibb Fakültəsindən 1987-ci ildə məzun olandan sonra Amerikada işə başlayan Oktar Babuna, Türkiyəyə gəldiyi zaman xərçəngə yaxalandığını öyrənib. Oktar Babunanın atası professor Cavad Babuna, oğluna uyğun sümük iliyi tapılması üçün nüfuzundan da istifadə edərək, böyük bir kampaniyaya başlayıb.

Babuna ailəsi uyğun iliyin sahibinə o tarixdə 10 milyard lira mükafat veriləcəyini və könüllü şəxslərə pulsuz qan testi ediləcəyini deyib. Professor dokr Cavad Babunanın 1999-cu ilin martında dəstək istədiyi kampaniya qısa müddətdə geniş miqyas aldı.

Nəticədə 160 min nəfərən ilik və qan nümunəsi alındı. İstanbul Universiteti Tibb Fakültəsi Vəqfi və İstanbul Valiliyi tərəfindən banklarda açılan kampaniya hesablarına həmin dönəmin pulu ilə 440 miyar lira yardım edildi. Toplanan yardım pullarının Abdi İpekçi İdman Salonunda düzənlənən böyük qan vermə kampaniyasında istifadə edilən tibbi alətlərə xərcləndiyi, üstəlik, İstanbul Universiteti Tibb Fakültəsi vəqfinin dörd ayrı tibbi alət satan şirkətə təxminən 100 milyard liraya yaxın pulu öz kassasından ödədiyi açıqlandı.

Gündə orta hesabla 30 nəfərə test edilən İstanbul Tibb Fakültəsi Tibbi Biiologiya bölməsində gündə ən azı 100 nəfərə baxılması üçün bir kriz masası yaradılarkən professor doktor Mahmud Çarın müraciətləri cavabsız qoymamaq üçün Almaniyadan gələcək məhsullarla öz potensiallarını artıracaqlarını deyib. Amma çox keçmədən Babuna üçün başlanan kampaniya zamanı 160 min qan nümunəsindən 120 mininin itdiyi, türk xalqından toplanan qan və ilik nümunələrinin Amerika Birləşmiş Ştatlarına göndərildiyi ortaya çıxdı. Oktar Babunanın Adnan Oktar qrupu ilə əlaqələri olduğu da üzə çıxdı. Bu əməliyyatın "ağıl verənlərindən" biri də A.Oktar olub.

Həmin vaxt ölkənin MHP-li səhiyyə naziri Osman Durmuş aşağıdakı açıqlamanı vermişdi: "Qapı-qapı gəzib pul alırlar. Bu hadisə mənə ikinci Titan hadisəsini xatırladır. Qan nümunələrinin xaricə göndərilməsi, genetik şifrəmizin çözülməsi baxımdan Türkiyə üçün strateji təhlükə təşkil edir".

Nazir həmin vaxt bu layihəyə qarşı çıxdı və Türk xalqının gen xəritəsini ABŞ-ın əlinə keçdiyini açıqladı. O dönəm bu sözlərinə görə bəzi kəsimlərin hədəf taxtasına oturdulan Durmuş Türkiyədə toplanan qan nümunələrinin Connecticut yaxınlığındakı Stamfordda yerləşən "LifeCodes" adlı laboratoriyada girov saxlandığını, qan nümunələrinin Türkiyəyə qayarılmamasının "beynəlxalq dələduzluq" anlamını daşıyacağını söylədi.

Durmuşun açıqlamalarının ardınca istintaq başlayıb və toplanan ilik, qnaları ABŞ-dan qaytarılması üçün müəyyən cəhdlər edilib. Bu zaman Türkiyədə dayandırılan kampaniyanın Avstraliyada davam etdirməyə çalışılmasına görə hərəkətə keçən yetkililər Avstraliyadakı səhiyyə nazirliyinə də xəbərdarlıq edərək, kampaniyanın dayandırılmasına nail oldu.