Portuqaliya Superkubokunun sahibi məlum olub


İdman 05 Avq 2018 12:49:00 311 0

Portuqaliya Superkubokunun sahibi məlum olub

Portuqaliya Super Kubokunun qalibi müəyyənləşib. Goal.az xəbər verir ki, həlledici oyunda Portuqaliya çempionatının qalibi Porto və kubokun son sahibi Aves qarşılaşıb. 

Dörd qolun qeydə alındığı qarşılaşmada Porto qələbə qazanıb. Beləcə, bu klub tarixində 21-ci dəfə Portuqaliya Super Kubokunu başı üzərinə qaldırıb. Bu baxımdan klub Portuqaliyada hamını qabaqlayır.  Aves isə ilk dəfə oynadığı Super Kubok matçından məğlubiyyətlə ayrılıb. Portu isə 9 dəfə analoji aqibətlə üzləşib.

4 avqust

Porto - Aves - 3:1

Yasin Brahimi 25, Maksi Pereyra 67, Xesus Korona 84 - Klaudio Falkao 14