İranda nümayişlər:


Dünya 05 Avq 2018 12:16:00 247 0

İranda nümayişlər:

İranın Kərəc şəhərində iqtisadi böhranla bağlı keçirilən etiraz nümayişləri zamanı avtomobildən açılan atəş nəticəsində bir nəfərin öldüyü bildirildi.

Son.az xəbər verir ki, hələlik hadisənin detalları ilə bağlı məlumat verilməsə də, şübhəlilərin istifadə etdiyi avtomobilin müəyyənləşdirildiyi bildirlib.

İranın İsfahan şəhərində dünən gecə yenidən başlayan və Tehranla Elburz əyalətlərinə də yayılan nümayişlərdə bəzi nöqtələrdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub.