Müəzzin məscidə daxil olan anda


Digərləri 05 Avq 2018 11:16:00 297 0

Müəzzin məscidə daxil olan anda

Dağıstan məscidlərindən birində yalnız bir möcüzə nəticəsində faciədən qurtulmaq mümkün olub.

Son.az modern.az-a istinadla bildirir ki, avqustun 3-də gecə Adil-Yenqiyurt kəndində məscidin minarəsini şimşək vurub. Qəsəbə respublikanın Babayurtovski rayonunda, Mahaçkala şəhərindən 130 km şimal-şərqdə,  ovalıq ərazidə yerləşir.

İldırım  o dərəcədə güclü olub ki minarənin günbəzinin kərpic əsası qismən dağılıb,  giriş qapısı və pəncərə çərçivələri yerindən qopub. Binanın daxili suvağı çatlayıb, elektrik xətti zədələnib, elektrik avadanlığı yanıb. Məscidə dəymiş zərərin miqdarı indiyə qədər hesablanmayıb. Lakin ilkin hesablamalara görə, ibadətgahın bərpası əhəmiyyətli vəsait tələb edir. Ancaq ən əsası odur ki, insan itkisi olmayıb.

"Mən məscidə gəldim ki, möminləri işa (gecə) namazına dəvət etmək üçün minarəyə qalxıb azan oxuyum.  Həyətə ayaq basdığım anda  ildırım minarəni vurdu. Nəyinsə partlamasına bənzəyən səs gəldi"- deyə məhz həmin gün ibadətgaha yeni müəzzin təyin olunmuş Baqav Kamaşov danışır. İndi 85 yaşlı qoca "ikinci doğum günü"nü qeyd edə bilər...  


Xəbərə aid fotolar