“İkinci dəfə evlənmək ona düşmədi... “


Şou-biznes 05 Avq 2018 11:05:16 370 0

“İkinci dəfə evlənmək ona düşmədi... “

Xəbər verdiyimiz kimi məşhur repçi Anar Nağlılbaz bir neçə saat öncə vəfat edib. Azərbaycan repinin banisi sayılan A.Nağılbazın ölümü yaxınlarını, onu sevənlərini, həmçinin sənət dostlarını dərindən sarsıdıb. Sənətçilərin əksəriyyəti bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edib, repçiyə Allahdan rəhmət diləyiblər.

Son.az Musavat.com-a istinadən onlardan bir neçəsini təqdim edir.

Müğənni Elçin Cəfərov vaxtilə repçini qınayanları tənqid atəşinə tutub:

"Bu insanın haqqına girənlər, kimsə gülsün, kiməsə xoş gəlsin deyə lağa qoyanlar, reytinq xətrinə gözdən salanlar, indi necə halallıq alacaqsınız? Bunu heç düşündünüzmü? İndi ölən andan hamının yazığı gəlməyə başladı. Başqasının həyatına sərf edəcəyimizə, özümüzdə o qədər qüsur var ki, onları düzəldək məncə... Allah rəhmət eləsin!"

Müğənni Rüfət Axundov: "Allah sənə rəhmət eləsin. Rep janrını Azərbaycana sevdirən sən olmusan və açdığın cığır üzrə bir çox repçilər inkişaf etdi. Pis xislətli insanlardan Allah hər kəsi uzaq etsin. Ölüm varsa bu dünyada yaxşılıq nə üçün etməyək ki, yaxşı yadda qalaq".

Rəqassə Oksana Rəsulova repçinin ölümündən sarsıldığını bildirib:

"İndi aldığım xəbər çox üzücü oldu. Anar Nağılbaz vəfat etdi... İnsanın ruhunu öldürəndə, cismi yaşaya bilməz. Son zamanlar bir çoxlarından zərbələr alan insanın sonu da bu oldu. Depressiya, içki, xəstəlik, ölüm... Allah ailəsinə səbr versin".

Prodüsser Tarix Əliyev (Tolik) isə qeyd edib:

"Əslində heç münasibətim yox idi, yalnız "Maşın Şou"da görmüşdüm. İndi Ceyhun Qala yazdı ki, rəhmətə gedib. Allah rəhmət eləsin. Amma kaş övladlarına sahib çıxardı. Təzə arvad almaq ona düşmədi".