ABŞda təyyarə qəzaya uğradı:


Dünya 05 Avq 2018 10:19:00 278 0

ABŞda təyyarə qəzaya uğradı:

ABŞ-ın Oklahoma ştatında "EA400" birmühərrikli təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 6 nəfər həlak olub. Key dairəsinin və Ponka-Siti yaşayış məntəqəsinin polisləri ölüm hallarını kimliklər məlum olmadan təsdiqləmirlər.

Qeyd edək ki, "EA400" birmühərrikli və 6 yerli təyyarədir. Qəzanın araşdırması ilə Federal Aviasiya İdarəsi və Nəqliyyatın Milli Təhlükəsizliyi İdarəsi məşğul olur.