Səudiyyə Ərəbistanından Yaponiyaya neft məhsulları aparan tanker yanıb


Dünya 05 Avq 2018 03:42:19 328 0

Səudiyyə Ərəbistanından Yaponiyaya neft məhsulları aparan tanker yanıb

Gəminin göyərtəsində 25 heyət üzvü olub

Tokionun qonşuluğunda yerləşən Tiba prefekturası sahillərində tanker yanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi NHK telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın gəminin mühərrik hissəsində baş verib. Alovun söndürülməsi üçün hadisə yerinə 4 kater və bir vertolyot göndərilib. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Baham adalarının bayrağı altında üzən "Front Hakata" tankeri Səudiyyə Ərəbistanından Yaponiyaya neft məhsulları daşıyıb. Onun göyərtəsində Hindistan vətəndaşlarından ibarət 25 heyət üzvü olub.