Göz xərçəngi


Digərləri 04 Avq 2018 23:50:00 445 0

Göz xərçəngi

Göz xərçəngi göz və göz çuxurunda əmələ gələn müxtəlif növ xərçənglərin ümumi adıdır. Xərçəng gözün üstündə, göz çuxurunda, göz almasında, göz yaşı axarında, konyuktivada əmələ gələ bilir. Statistikanın hesablamalarına gözün xərçəng xəstəlikləri arasında görə ən çox göz almasının bədxassəli şişinə rast gəlinir. Xəstəlik ən çox 50-75 yaşlarında olan adamlarda rast gəlinir.Xəstəliyin əmələ gəlməsində aşağıdakı faktorların rolunun olduğu qeyd edilir: * sənaye zəhərlənmələri və pis hava * irsi faktor * ultrabənövşəyi şüalanmarın təsiri * ağır metal duzları və kimyəvi maddələrin gözlərə təsiri * AİDS xəstəliyi Son.az immunitet.az-a istinadən bildirir ki, gözün xərçəng xəstəliyi morfoloji xüsusiyyətlərinə görə bədxassəli olur. Klinikasi: Gözün xərçəng xəstəliyi zamanı şiş toxuması göz dibindən başlayaraq gözün mərkəzinə doğru inkişaf etməyə başlayır.Şiş toxuması gözdə sarı rəngli ləkə kimi görünür.Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir: * bulanıq görmə * ani və müvəqqəti korluq * baxış zamanı gözdə hərəkətli nöqtə və cizgilər * göz bəbəyində meydana çıxan sarı ləkə * gözün dəbərməsi * göz hərəkətlərində dəyişikliklər * gözdə qızarma və şişkinlik * işığa qarşı həssaslıq Göz xərçəngi adı altında xərçəngin bu növləri durur: - göz xərçəngi melanoma - göz daxili limfoma - uşaqlarda əmələ gələn retinablastoma - hemangioma - göz qapağının karsinoması - göz yaşı vəzinin xərçəngi Xəstəliyə tutulmaq üçün aşağıdakı adamlar risk altındadır: * gözləri rəngli olanlar * yaşlılar * AİDS xəstələri * orqan transplantasiya olunan adamlar Xəstəliyin müalicəsi cərrahi yolla aparılır.Xəstəyə radioterapiya və kimyaterapiyası aparılır. Son.az