Neftçalada kişi maşını arxaya sürəndə arvadını öldürüb


Digərləri 04 Avq 2018 23:44:00 318 0

Neftçalada kişi maşını arxaya sürəndə arvadını öldürüb

Neftçala rayonunda avtomobil qadını vuraraq öldürüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Qaramanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kişi avtomobili arxaya sürmək istəyən zaman həyat yoldaşını vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri 1957-ci il təvəllüdlü Məmmədova Fizzə Rüstəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat olunmağa aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.