Xərçəngi təyin etmək üçün qan analizləri


Digərləri 04 Avq 2018 23:25:00 391 0

Xərçəngi təyin etmək üçün qan analizləri

Bütün dünyada və eləcə də Azərbaycanda onkoloji xəstəliklərlə bağlı ilkin şübhələr olduqda, ilk növbədə onkomarker nümunələri götürülür.

Son.az medicina.az-a istinadən bildirir ki, kifayət qədər bahalı sayılan analizlərlə bağlı yeni fikirlər irəli sürülüb. Belə ki, Avropa Onkologiya Birliyi son konfransında onkomarkerlərin aşağı effektli və tam diaqnoz üçün zəif olduğunu bəyan edib.

Konfransda bildirilib ki, 1800 onkomarker analizinin nəticələri 6 ay ciddi araşdırılıb. Sözügedən pasiyentlərdə 3 dəfə edilən onkomarker analizindən sonra cəmi 35 nəfərə qoyulan diaqnoz təsdiqlənib. Bu isə 2 % edir. Sonradan 1800 nəfərin 297-sində onkoloji xəstəlik aşkarlanıb. Bu isə 35% deməkdir.