Rusiya XİN Stiven Siqalı işə götürdü


Dünya 04 Avq 2018 23:03:00 273 0

Rusiya XİN Stiven Siqalı işə götürdü

Məşhur Hollivud aktyoru Stiven Siqal Rusiya XİN-də Rusiya-ABŞ humanitar əlaqələri məsələləri üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunub.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya XİN-nin rəsmi səhifəsində bildirilir.

"Vəzifəmiz humanitar sahədə Rusiya-ABŞ münasibətlərinin, o cümlədən mədəniyyət, incəsənət, ictimai və gənclər arasında mübadilələr kimi istiqamətlərdə qarşılıqlı əlaqələrin gələcək inkişafına təkan verməkdir", - deyə, məlumatda bildirilir.

O da vurğulanır ki, Siqal bu vəzifədə maaş almayacaq.