Lyambliyoz haqqında


Digərləri 04 Avq 2018 22:20:00 339 0

Lyambliyoz haqqında

Lyambliyoz - nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyamblyalar tərəfindən törədilən xəstəlik.

Haqqında Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyamblya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur.Lyamblioz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyamblilərin nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir.

Mənbələri Son.az immunitet.az-a istinadən bildirir ki, lyambliozun əsas mənbəyi xəstə insandır. Bununla belə müəyyən edilmişdir ki, lyamblilər it, pişik və siçanabənzər gəmiricilərin orqanizmində də parazitlik edir. Lyamblilərin sistaları (sista bəzi ibtidai orqanizmlərdə xarici təsirdən qorunmaq üçün üst qişa, pərdə deməkdir) su kranından axan xlorlu suda, çirklənmiş su hövzələrində aşkar edilir. Lyamblioz xəstəliyinə yoluxmaq üçün mədə şirəsinin turşuluq səviyyəsinin aşağı düşməsi və cəmi 10 lyambli sistası udmaq kifayət edir.

Yoluxma yolları Xəstəliyin törədiciləri orqanizmə ağızdan keçir. Lyambliozla yoluxmanın əsas üç yolu vardır: su, təmas və qida. Çox zaman yoluxma su kəmərindən axan yaxşı təmizlənməmiş su, yaxud açıq su hövzələrindən istifadə edərkən baş verir. Məişətlə ünsiyyət yolu zamanı lyambliozla yoluxma gündəlik həyatda işlənən əşyalar: alt geyimləri, oyuncaqlar, qab-qacaq vasitəsilə baş verir. Həmçinin uşaqlarda dırnaqları, qələmləri, karandaşları dişləmək kimi zərərli vərdişlər demək olar ki, 100% lyambliada aşkar olunur. Yoluxma sistalarla yoluxmuş, xüsusilə termiki emal olunmuş qida məhsullarından (tərəvəz, giləmeyvələr, meyvələr) istifadə zamanı da baş verə bilər.

Simptomları İnkubasiya dövrü 10-15 gün davam edir. Parazitlər yoluxmadan 9 gün sonra görünməyə başlayır. Xəstələrin ümumi hissetmə qabiliyyəti yaxşı, bədən temperaturu normal olur. Onlar mədə bulanması, iştahanın azalması, bəzən qarında qurultu, eyni zamanda qarnın yuxarı hissələrində narahatlıqdan şikayətlənirlər. Bəzi xəstələrdə duru, su halında ishal, bədən kütləsinin hədsiz azalması müşahidə olunur. Bir neçə gündən sonra bütün simptomlar tədricən yox olur. Vegetativ formada lyambli sistalarının duru nəcisdə, yaxud adi nəcisdə aşkar edilməsi lyamblioz xəstəliyinə yoluxmaya sübutdur.