Gecə yuxuda nəfəsi çatmayıb,


Digərləri 04 Avq 2018 22:25:00 398 0

Gecə yuxuda nəfəsi çatmayıb,

Astma, nəfəs darlığı, öskürəklə özünü biruzə verən tənəffüs yolu xəstəliyidir.   Son.az medicina.az-a istinadən bildirir ki, adətən tənəffüs yolu və ağciyərdə yaranan problemlə bağlı meydana çıxan astma xəstəliyinin səbəbi ürək problemi də ola bilər. Ürək çatışmazlığı və darlığı ilə bağlı olaraq gecə gələn ani nəfəs darlığı və öskürək krizlərinə kardiyak astma deyilir.

Xəstəlik bronxial astmaya bənzəyir. Adətən gecə yatdıqdan 2-3 saat sonra başlayan və ani nəfəs darlığı ilə yuxudan oyanan xəstə pəncərəni açaraq hava almağa çalışır. Bunun əsas səbəbi qan dövranının zəif olması və ürəyin həddən artıq yüklənməsidir. Xəstələr düz yatdığı zaman nəfəs darlığı keçirdikləri üçün adətən hündür yasdıqda və ya oturaraq yatmaq istəyirlər.

Ürək problemindən qaynaqlanan astma xəstəliyini kardiologiya üzrə həkim müalicə etməlidir. Kardiyak və bronxial astmanın bənzərliyi olsa da müalicə üsulu tamamilə fərqlidir.