"Anarın ölüm xəbərini uşaqlara necə deyəcəyimi bilmirəm"


Şou-biznes 04 Avq 2018 21:39:00 284 0

"Anarın ölüm xəbərini uşaqlara necə deyəcəyimi bilmirəm"

Azərbaycanlı reper Anar Nağılbaz gözlənilmədən vəfat edib.

Son.az yenicag.az-a istinadən bildirir ki, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Nağılbazın dünyasını dəyişdiyini təsdiqləyib:

"Bəli, Anarın vəfat etdiyi doğrudur. Qara ciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm".