Qulaqdibi xəstəliyi


Digərləri 04 Avq 2018 21:20:00 1034 0

Qulaqdibi xəstəliyi

Qulaqdibi xəstəliyi və ya parotid - viruslar vasitəsi ilə yayılan kəskin infeksiyalı xəstəlikdir. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir.

Son.az immunitet.az-a istinadən bildirir ki, adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.

İlkin əlamətləri:

- Halsızlıq və hərarət; - Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı; - Qulaq ətrafı nahiyədə şişlik.