Masallının istirahət mərkəzində ağac kottecin üzərinə aşıb,


Digərləri 04 Avq 2018 21:26:00 242 0

Masallının istirahət mərkəzində ağac kottecin üzərinə aşıb,

Masallı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumatda Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşdığı bildirilib.

Bununla əlaqədar olaraq Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı hadisə yerində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. İlkin müayinə zamanı S.Mirzəyevanın huşsuz vəziyyətdə olduğu müəyyən edilib. Əməliyyat başa çatıb.