Nazirlikdən daha bir xəbərdarlıq gəldi


Digərləri 04 Avq 2018 20:36:00 254 0

Nazirlikdən daha bir xəbərdarlıq gəldi

Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılmayacağı təqdirdə cərimə tətbiq olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məcburi dövlət sosial sığorta haqqı üzrə fərdi uçot sistemində sığortaolunanlar haqqında məlumatların təqdim olunmamasına görə sığortaedənlərə xəbərdarlıq edib.

Nazirlikdən Son.az-averilən məlumata görə, ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir. "Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları"na uyğun olaraq sığortaedən hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"ları (2006-2016-cı illər üzrə), həmçinin 1 aprel 2017-ci il tarixdən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur.

"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqları əsasında pensiya məbləğləri müəyyənləşdirilir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunamüvafiq tədbirlərin görülməsinə baxmayaraq bugünədək bəzi sığortaedənlər tərəfindən hesabatlar tam təqdim olunmayıb. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi şəxsi hesablarda məbləğləri tam əks olunmayan sığortaolunanlar tərəfindən haqlı şikayətlər daxil olur.