Danimarkada niqaba görə ilk cərimə yazıldı


Digərləri 04 Avq 2018 20:21:00 324 0

Danimarkada niqaba görə ilk cərimə yazıldı

Danimarkanın Horsholm şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin ticarət mərkəzlərindən birində niqab taxmış qadına ölkədə ilk dəfə cərimə yazıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, polislər iki qadın arasında baş vermiş davaya görə ticarət mərkəzinə gəliblər. Dava edən iki qadından birinin digərinin üzündəki niqabı çıxarmağa çalışdığı bildirilir.

Polis nümayəndələrinin sözlərinə görə, dava zamanı onlardan birinin üzündəki niqab düşüb, lakin polis gələn vaxta qadın yenidən niqabı taxıb.