Şəkidə 37 yaşlı qadın sirkə turşusu içdi


Digərləri 04 Avq 2018 20:23:00 339 0

Şəkidə 37 yaşlı qadın sirkə turşusu içdi

Şəki şəhərində zəhərlənmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, 26-cı rayon, Nəriman Nərimanov küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Abdurəhmanova Könül Elman qızı sirkə turşusu içərək zəhərlənib. O, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisə yanlışlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.