Bakirə anaların sayı sürətlə artır


Digərləri 04 Avq 2018 20:05:00 272 0

Bakirə anaların sayı sürətlə artır

Hamilə qalıb dünyaya uşaq gətirən bakirə qızların sayı sürətlə artır.

Həkimlər statistikalara əsaslanaraq, son 5 ildə bakirə qızların süni mayalanma üsulu ilə hamilə qalma halının geniş vüsət aldığını bildirirlər. Son bir neçə ildə təkcə İngiltərədə 25 bakirə qız bu üsulla ana olub. Həkimlərin sözlərinə görə, feministlər, həyatının sevgisini tapa bilməsə belə, övlad sahibi olmaq istəyənlər və seksdən qorxan qızlar bu üsula müraciət edirlər. Müxtəlif dini qruplar uşağın ana və ata ilə, yəni, ənənəvi ailədə böyüməyini daha uyğun hesab edirlər. Ancaq alimlər subay anaların həm mənəvi, həm də maddi baxımdan evli qadınlardan daha güclü olduqlarını bildirirlər. Bu da uşağın daha rahat və təhlükəsiz bir şəraitdə böyüməsini təmin edir.