Bazarda mənşəyi məlum olmayan məktəbli formaları satılır VİDEO


Digərləri 04 Avq 2018 19:31:00 316 0

Bazarda mənşəyi məlum olmayan məktəbli formaları satılır  VİDEO

Yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq məktəbli formaları ilə bağlı şikayət və problemlər yenidən gündəmdədir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir çox valideyn keyfiyyətsiz geyimlərin bazarlara yol tapdığından şikayətlənir. Hətta bununla bağlı "Xəzər Xəbər"in votsap nömrəsinə müraciət edərək keyfiyyətsiz məhsulların ünvanlarını da göstəriblər.

Məsələni ətraflı araşdırmaq üçün məktəbli geyimlərinin əsas istehsalçısı olan Bakı Tikiş Evinə müraciət etdik və müəssisənin mütəxəssisləri ilə məsələni birgə araşdırdıq. Nəticədə sözügedən mağazalarda satılan məhsulların başqa bir şirkətlərə məxsus olduğu ortaya çıxdı.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirir ki, belə şikayətlərlə tez-tez rastlaşırlar, ancaq araşdıranda sonda məlum olur ki, şikayət olunan geyimlərin onlara heç bir aidiyyati yoxdur. Məktəb mövsümünün yaxınlaşdığını bildirən Etibar Əzimov yenidən saxta məktəbli geyimlərinin onların adından satılmağa başlanacağını bildirir. Onun sözlərinə görə, artıq bir sıra işbazlar belə məhsulları alıb gətiriblər və məktəbqabağı onları satışa çıxaracaqlar. O, vətəndaşları aldanmamaq üçün diqqətli olmağa çağırır.


Xəbərə aid video