Bank vətəndaşı çətin duruma salıb


Digərləri 04 Avq 2018 19:33:00 244 0

Bank vətəndaşı çətin duruma salıb

Bakıda banklardan birindən lizinqlə avtomobil alan şəxsin başına iş gəlib. Bank 3 il əvvəl vətəndaşdan avtomobili geri alsa da, indi aylıq ödənişləri tələb edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Tovuz rayon sakini Vüqar Xəlilovun başına gəlib. Onun sözlərinə görə, bir neçə il əvvəl ilkin 2500 manat, ayda isə 310 manat ödəniş etməklə lizinq yolu ilə Bakıda banklardan birindən avtomobil alıb. Vüqar Xəlilov 6 ay bu şəkildə ödəniş edərək yol nəqliyyat hadisəsi baş verən günə qədər avtomobildən istifadə edib.

Avtomobil üzərində heç bir öhdəliyi olmayan, yalnız sürmək üçün etibarnaməsi olduğundan sığorta şirkəti həmin pulu bank əməkdaşlarına verib. Bankın məsul şəxsləri Vüqar Xəlilova bildiriblər ki, qəzalı avtomobili servisə gətirsin. O da avtomobili servisə elə nəqliyyat vasitəsinin sənədləri ilə birlikdə təhvil verib.

Amma bankdan hər dəfə Vüqar Xəlilova zəng vurularkən borcu olduğunu və ondan ödəniş etməsi tələb edilib. Yəni belə aydın olub ki, bu müddət ərzində bank hesab edir ki, avtomobil Vüqar Xəlilovda olub və yaranmış borc da həmin ayların puludur.


Xəbərə aid video