Gürcüstana ən çox səfər edən turistlər


Digərləri 04 Avq 2018 19:13:00 243 0

Gürcüstana ən çox səfər edən turistlər

Bu ilin ilk yarısında Gürcüstana ən çox səfər edən xaricilər Azərbaycan vətəndaşları olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında deyilir.

Qeyd olunur ki, 2018-ci ilin yeddi ayı ərzində Gürcüstana 4,6 milyondan çox xarici turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.

Bu müddət ərzində Azərbaycandan Gürcüstana 755 603 turist səfər edib. İlk üçlükdə həmçinin Rusiya və Türkiyə qərarlaşıb.