“Toppuş bacı”nın mübarizə apardığı uşaqlıq boynu xərçəngini


Digərləri 04 Avq 2018 19:03:00 379 0

“Toppuş bacı”nın mübarizə apardığı uşaqlıq boynu xərçəngini

Əməkdar aktrisa Tünzalə Əliyevanın adı tez-tez səhhəti və əməliyyatları ilə bağlı xəbərlərdə hallanırdı. İnsanlar onun artıq çəki ilə mübarizə apardığını bilirdi. Övladı üçün arıqlayıb, gələcəkdə daha sağlam yaşamaq naminə bu əməliyyatları etdirən aktrisanın dünən gözlənilməyən və arzu olunmaz bir xəstəlikdən əməliyyat olunduğu xəbərləri yayıldı.

Son.az medicina.az-a istinadən bildirir ki, çox insanlar yanlış olaraq T. Ağayevada bu xəstəliyin mədə kiçiltmə əməliyyatı və pəhrizlər nəticəsində yarandığını güman edir.

Lakin uşaqlıq boynu xərçənginin yaranma səbəbi tamamilə başqa faktorlardan qaynaqlanır. Əslində "Toppuş bacı"nın üzləşdiyi problemlə dünyada hər il yüz minlərlə qadın üzləşir. Uşaqlıq boynu xərçəngi uşaqlıq yolu və boynunun selikli qişasında inkişaf edən bədxassəli törəmədir. Daha çox 35-50 yaşlı qadınlarda aşkarlanır.

Uşaqlıq boynu xərçənginin yaranma səbəbləri:

1-ci səbəb papilomma virusunun 16-18-ci tipinə yoluxmadır. Məhz bu virus qadının uşaqlıq boynu selikli qişasını zədələyir. Bu virus davamlı skrininqlərdə  PUP TEST - Papanikolau testi vasitəsilə tez aşkarlana bilir. Əvvəllər bu xərçəng gec diaqnoz olunduğundan gənc qadınlar arasında ölüm faizini artırırdı. İndi isə uşaqlıq boynu xərçəngi erkən mərhələdə diaqnoz olunub, tam sağaldıla bilir.

2. Cinsi yolla ötürülən infeksiyalara məruz qalmaqdır

3. İntim gigiyenaya düzgün riayət etməmək

4. Çox zəif immunitet

5. Uşaqlıq boynunun xroniki iltihabi proseslərinin olması və bunun vaxtında müalicə olunmaması: displaziya, eroziya və s.

6. Qadının hər hansı yolla papilomma virusuna yoluxması. Bu virusun 100 tipi var. Amma məhz 16-18-ci tipi uşaqlıq boynu xərçəngi yaradır.

Maraqlısı odur ki, papolomma virusunun bu tipləri kişidən də qadına ötürülə bilər. Amma kişilərdə bu virus xərçəng yaratmır.  

Xəstəliyin simptomları:

-Menstrual tskildən əlavə müxtəlif qanlı axıntılar, qanaxma

-Qarının aşağısı və qasıqda ağrılar

-Çətin sidiyə getmə

-Aşağı çanaqda ağırlıq