Duz mağaralarında müalicə


Digərləri 04 Avq 2018 19:07:00 244 0

Duz mağaralarında müalicə

Duz - təbiətin həkimi hesab olunur. Duz mağaraları qədimdən olub və bu günə kimi yaxşı saxlanılıb. İndiyə kimi müasir tibb də bir çox xəstələr üçün duz mağaralarını müalicə mənbəyi kimi təyin edir. Haloterapiya hələ qədim yunan dövründən var. Mənası duzla müalicə deməkdir.

Son.az medicina.az-a istinadən bildirir ki, artıq uzaq ölkələrə gedib, duz mağarası axtarmağa gərək yoxdur. Bir çox sağlamlıq mərkəzləri və kurortlarda xüsusi duz blokları olan yerlər hazırlanıb.  

Kimlərə haloterapiya uyğundur:

Duz buxarı ilə nəfəs almaq əsasən bu xəstələrə dərman müalicəsi ilə yanaşı lazımdır:

-Bronxial astma - yüngül mərhələdə -Xroniki, allergik bronxit -Xroniki haymorit -Frontit -Dəri problemləri:  furunkulez, ekzema, akne -Hipertoniya -Bəzi allergiyalar -Depressiya, əsəb və nevrozda -Qrip və viruslardan qorunmaq üçün orqanizmi möhkəmlətmək üçün

Duz mağarası və ya otaqlarında müalicə ildə 2 kurs aparılmalıdır. 1 kurs 10 gündür. Kursu və vaxtı həkim diaqnoza əsasən təyin edir.