“Orxan Camalı bilərəkdən killerlərə tərəf aparıblar, bunu sürücü edib...


Kriminal 04 Avq 2018 18:50:00 325 0

“Orxan Camalı bilərəkdən killerlərə tərəf aparıblar, bunu sürücü edib...

Mərkəzi Afrika Respublikasında "Vaqnerin ordusu" kimi tanınan Rusiya muzdlularının fəaliyyətini araşdırmaq üçün Mixail Xodorkovkinin ayırdığı vəsaitlə sənədli film çəkməyə gedən jurnalistlərin qətli ilə bağlı yeni sensasion versiya irəli sürülüb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, Orxan Camalın və yoldaşlarının öldürülməsinin arxasında Rusiya kəşfiyyatının dayana biləcəyi haqda qənaətlərin getdikcə yayıldığı bir vaxtda jurnalist və teleaparıcı, "Rosneft"in mətbuat xidmətinin rəhbəri Maksim Şevçenko özünün "Facebook" səhifəsində bu qətlin arxasında dayanan başqa dövlətə eyham vurub.

Orxan Camalın yaxın dostu olan Şevçenkonun sözlərinə görə, bu dördüncü konspiroloji versiyadır. Onun fikrincə jurnalistləri bilərəkdən killerlər qrupuna tərəf aparıblar və bunu marşrutdan yayınan sürücü edib.

O əlavə edib ki, əgər qətldə Rusiyanın əli olardısa sənədli filmin dayandırılması üçün "milyon dəfə sadə üsula" əl atılardı. Çəkiliş qrupunun rəsmi akreditasiyası yox idi, turist vizası isə jurnalist fəaliyyəti göstərməyə icazə vermirdi. Ona görə də "asanlıqla və məcburiyyətə yol vermədən", bir telefon zəngi ilə, yerli hakimiyyətin əli ilə jurnalistlərin əlindən pasportlarını almaq, onları üç sutkalıq həbs etmək və daha sonra ölkədən deportasiya etmək olardı.