Maya sivilizasiyası necə məhv olub?


Digərləri 04 Avq 2018 18:46:00 373 0

Maya sivilizasiyası necə məhv olub?

Kembric Universitetinin alimləri Maya sivilizasiyasının məhv olması səbəblərini açıqlayıblar. Onların fikrincə, Maya mədəniyyətinin yoxa çıxmasına quraqlıq səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "vistanews.ru" portalında Maya sivilizasiyası ilə bağlı yeni nəzəriyyəni əks etdirən məqalə dərc olunub. Tədqiqatçılar bu nəzəriyyənin sübutunu Çiçançanab gölündə tapıblar.

Alimlər Yukatan yarımadasında illik yağıntı miqdarının 41 faizdən 54 faizədək azalmasının qanunauyğunluğunu aşkar ediblər. Qədim sivilizasiyanın məhv olduğu dövrdə bu göstərici 70 faizə çatıb, rütubət isə orta hesabla 7 faiz azalıb. Tədqiqatın rəhbəri Nikolas Evansın fikrincə, təhlil etibarlıdır, çünki sivilizasiyanın məhv olması səbəbləri 1990-cı ildən öyrənilir. Tədqiqatçılar sivilizasiyanın mövcud olduğu 800-1000-ci illər arasında hidroloji şəraitin dəqiq modelini qurublar. Alimlərin fikrincə, güclü quraqlıq məhsuldarlığa təsir göstərib. Maya hindiləri ekstremal şəraitdən sağ çıxa bilməyiblər.