Mingəçevirə istirahətə gələn polis əməkdaşı suda boğularaq ölüb


Sosial 04 Avq 2018 18:31:38 291 0

Mingəçevirə istirahətə gələn polis əməkdaşı suda boğularaq ölüb

Ölən şəxs Samux rayon Polis şöbəsinin əməkdaşıdır

Mingəçevir şəhərində yerləşən su anbarında boğulma hadisəsi baş verib.

"Report”un Şirvan bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Nəsibov Elmar İldırım oğlu çimərlikdə çimərkən boğulub.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sahilə çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.