Azərbaycan xalçaları dünya hərraclarında


Kriminal 04 Avq 2018 18:30:00 385 0

Azərbaycan xalçaları dünya hərraclarında

Dünyada keçirilən hərraclarda böyük maraq göstərilən məhsullardan biri Azərbaycan xalçalarıdır.

Son.az vergiler.az saytına istinadla bildirir ki, 2013-cü ildə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu-Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb.

"Qarabağ", "Qazax-Borçalı", "Təbriz", "Quba" qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına satılıb. Azərbaycan xalçaları 2016-cı il noyabrın 20-də ABŞ-da "Grogan" hərracında Mitçel və Rozali Rudnikin şəxsi kolleksiyasının satışı zamanı Azərbaycan xalçaları ümumilikdə 744 min 200 ABŞ dollarına satılıb.


Xəbərə aid foto