Bəşər Əsəd Gürcüstana səfər etməyi planlaşdırır


Dünya 04 Avq 2018 18:34:00 248 0

Bəşər Əsəd Gürcüstana səfər etməyi planlaşdırır

Suriyada prezidenti Bəşər Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır.

Son.az "Ria Novosti"yə istinadən bildirir ki, Cənubi Osetiyadakı separatçıların başçısı Anatoli Bibilov Suriyada səfərdə olub. O, səfər çərçivəsində Bəşər Əsədlə görüşüb.

Qeyd edək ki, Bəşər Əsədin başçılıq etdiyi Suriya mayın 29-da tanınmamış "Cənubi Osetiya Respublikası" və Abxaziyanın "müstəqilliyi"ni "tanıdığı" barədə bəyanat yayıb. Separatçılarla Əsəd rejimi arasında "diplomatik münasibətlər"in" "səfirlik" səviyyəsində qurulmasına dair razılıq əldə olunduğu da bildirilib. Bu da rəsmi Tbilisinin kəskin etirazlarına səbəb olub.