Kamerun millisində yeni baş məşqçi


İdman 04 Avq 2018 18:10:00 298 0

Kamerun millisində yeni baş məşqçi

Kamerun milli komandasının yeni baş məşqçisi bəlli olub

Goal.az xəbər verir ki, komandanın "sükanı" hollandiyalı mütəxəssis Klarens Zeedorfa həvalə ediləcək. Bu barədə Afrika qitəsini təmsil edən ölkənin idman naziri Pyer İsmayıl Bidunq Mpkatt məlumat verib. Onun sözlərinə görə, 42 yaşlı çalışdırıcının köməkçisi Patrik Kluyvert olacaq. Hollandiyalı mütəxəssislərin tezliklə təqdimetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, Zeedorf İtaliyanın Milan və Çinin Shenzen klublarını çalışdırıb. Onun son iş yeri İspaniyanın Deportivo klubu olub.