“Səhhətində problem yoxdur”


Digərləri 04 Avq 2018 18:21:00 265 0

“Səhhətində problem yoxdur”

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanın paytaxtı Bakıda saxlanılan erməni hərbçi Karen Kazaryana baş çəkib.

Son.az xəbər verir ki, komitənin nümayəndə heyəti Kazaryanın səhhətində heç bir problemin olmadığını bildirib.

Ermənistan tərəfinin iddiasının əksinə olaraq, BQXK erməni hərbçinin saxlanılma şəraitində də problemin olmadığını açıqlayıb. Bu barədə komitənin İrəvan bürosu da məlumatlandırılıb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Karen Kazaryan iyulun 15-də Ermənistan - Azərbaycan sərhədini keçməyə cəhd edərkən tutulub. publika.az 

Son.az